05 İyun 2024, 15:11
FUTBOL
"Napoli" klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Matc.az xəbər verir ki, Neapol təmsilçisi təcrübəli mütəxəssis Antonio Konte ilə anlaşıb.
Məlumat klubun rəsmi saytı vasitəsilə yayılıb. Razılaşmaya əsasən, Konte 2027-ci ilədək “Napoli”nin “sükanı arxası”nda olacaq. 54 yaşlı çalışdırıcı son olaraq 2021-2023-cü illərdə “Tottenhem”ə rəhbərlik edib.
Qeyd edək ki, “Napoli” A seriyasının 2023/24 mövsümünü 10-cu pillədə bitirib.