05 İyun 2024, 15:00
FUTBOL
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Zirə”nin yay hazırlıq planı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin yaydığı açıqlamada bildirilib.
“Qartallar” Türkiyədə təlim-məşq toplanışı keçəcəklər. Toplanış 14 iyun - 4 iyul tarixlərində Bolu şəhərində gerçəkləşəcək. Rəşad Sadıqovun komandası bu müddətdə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Oyunlar 21 və 25 iyun, 3 iyul tarixlərində baş tutacaq.
Rəqiblərin adları hələ dəqiqləşməyib.
Qeyd edək ki, "Zirə" Azərbaycanı Avropa Liqasında təmsil edəcək.