05 İyun 2024, 13:32
FUTBOL
Qəsəbə təmsilçisi qapıçı Səlahət Ağayevlə vidalaşıb. 33 yaşlı oyunçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.
“Səbail” növbəti futbolçusu ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qəsəbə təmsilçisi qapıçı Səlahət Ağayevlə vidalaşıb. 33 yaşlı oyunçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.
Klub Ağayevə xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
Xatırladaq ki, o, 2023-ci ilin iyulundan “Səbail”də çıxış edirdi.