05 İyun 2024, 12:09
FUTBOL
“Turan Tovuz” daha bir futbolçusu ilə sövdələşməni yeniləyib. Matc.az xəbər verir ki, klub ispaniyalı Alexandro Serranonu da heyətdə saxlayıb.
“Turan Tovuz” daha bir futbolçusu ilə sövdələşməni yeniləyib. Matc.az xəbər verir ki, klub ispaniyalı Alexandro Serranonu da heyətdə saxlayıb.
29 yaşlı oyunçu ilə başa çatan müqavilə yenilənib. Serrano 2024-25 mövsümünün sonuna qədər bölgə təmsilçisinə məxsus olacaq.
O, yay fasiləsində “Turan Tovuz”la yeni sözləşmə bağlayan 4-cü futbolçudu. Daha əvvəl Emmanuel Hakman, Aleks Souza və Şəhriyar Əliyevin də Premyer Liqa təmsilçisində qalacağı dəqiqləşmişdi.