05 İyun 2024, 12:42
FUTBOL
“Çelsi”nin sabiq baş məşqçisi Qrem Potterin işsiz günləri qısa çəkə bilər. Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssisin İngiltərə yığmasına rəhbərlik etməsi istisna edilmir.
İngiltərə Futbol Assosiasiyası millinin baş məşqçi postuna onu təyin etməyi nəzərdən keçirir. Hazırkı çalışdırıcı Qaret Sautqeytin AVRO-2024-dən sonra komandadan ayrılması gözlənilir. Bu baş verərsə, Potter assosiasiya üçün əsas namizəd olacaq.
Qeyd edək ki, Qrem Potter 2022-23 mövsümündə “Çelsi”ni çalışdırıb.