05 İyun 2024, 11:03
FUTBOL
Qəsəbə təmsilçisi müdafiəçi Adil Nağıyevlə vidalaşıb. 28 yaşlı oyunçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb. O, 2022-ci ilin dekabrından “Səbail”də çıxış edirdi.
“Səbail”də daha bir ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qəsəbə təmsilçisi müdafiəçi Adil Nağıyevlə vidalaşıb. 28 yaşlı oyunçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb. O, 2022-ci ilin dekabrından “Səbail”də çıxış edirdi.
Qeyd edək ki, “Səbail” daha əvvəl kapitan Ağabala Ramazanovla yollarını ayırıb.