"Azərbaycan komandası sona doğru müqaviməti gücləndirdi. Nəticədə son dəqiqə qolu sayəsində qələbə qazandı".
“Məğlubiyyətə görə məyusuq”. Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Türkiyə yığmasının baş məşqçisi Necla Güngör deyib.
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan “ay-ulduzlular” 0:1 hesabı ilə məğlub olub.
Qarşılaşma barədə fikirlərini bölüşən mütəxəssis pley-off ümidlərini hələ də qoruduqlarını söyləyib: “Azərbaycan komandası sona doğru müqaviməti gücləndirdi. Nəticədə son dəqiqə qolu sayəsində qələbə qazandı. Halbuki qarşılaşma istədiyimiz tempdə gedirdi. Hətta qol şansları da yaratdıq. Xüsusən də, ikinci hissədə üstünlük bizim tərəfimizdə idi. Qrupda hər kəsin şansı davam edir”.
Qeyd edək ki, millimizə qələbə qazandıran qola 89-cu dəqiqədə Nigar Mirzəliyeva imza atıb.