05 İyun 2024, 09:35
FUTBOL
“Yuventus”un yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Turin təmsilçisi Tiaqo Motta ilə anlaşıb.
41 yaşlı mütəxəssis “Bolonya”dan ayrılaraq karyerasını “qoca sinyora”da davam etdirəcək. O, gələn həftə yeni komandası ilə 3 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Tiaqo Motta daha əvvəl “Cenoa” və “Spezia”nı da çalışdırıb.