“Turan Tovuz” futbolçuları barədə qərar verməkdə davam edir. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, daha bir futbolçu komandada saxlanılıb.

Belə ki, müdafiəçi Emmanuel Hakmanla yeni müqavilə imzalanıb. Toqolu oyunçu ilə sözləşmənin müddəti 2024-25 mövsümünün sonuna qədər uzadılıb.

Qeyd edək ki, “Turan Tovuz” dünən Aleks Souza ilə 2, Şəhriyar Əliyevlə 1+1 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest