“Turan Tovuz” iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəhriyar Əliyev ilə müqavilənin müddəti uzadılıb. 2 mövsümdür komandanın şərəfini qoruyan və kapitanlarından olan təcrübəli müdafiəçi ilə 1+1 illik yeni müqavilə bağlanıb.

Qış transfer dövründə “Turan Tovuz”a qoşulan Aleks Souza ilə də müqavilənin müddəti 2025/2026-cı illər mövsümünün sonunadək artırılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest