“Real”ın və İspaniya milli komandasının sabiq futbolçusu Fernando Yerro “Əl-Nəsr”ın yeni idman direktoru olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə klubunun mətbuat xidməti “X” sosial şəbəkəsində paylaşıb.
İspaniyalı ilə əmək müqaviləsinin detalları açıqlanmayıb. Daha əvvəl bildirilmişdi ki, Yerronun funksiyası yeni oyunçuların transferi ilə bağlı olacaq.
Qeyd edək ki, 56 yaşlı mütəxəssis idman direktoru kimi İspaniya Kral Futbol Federasiyası, “Malaqa”, həmçinin Meksikanın “Qvadalaxare” klubunda çalışıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatı 2023/2024-cü il mövsümünün nəticələrinə əsasən, “Real”in digər sabiq futbolçusu Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” 82 xal toplayaraq turnir cədvəlində ikinci yerdə başa vurub.