Beynəlxalq Futbol Federasiyası (FIFA) turnirlərin qitə xaricində təşkil olunması imkanlarını araşdırır. Qurum bu məqsədlə hazırkı beynəlxalq oyun reqlamentini nəzərdən keçirmək üçün işçi qrupunun yaradılması prosesindədir.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, hazırda 10-15 nəfərdən ibarət işçi qrupu yaradılır və onun məqsədi bu reqlamentə mümkün dəyişikliklərlə bağlı əlavə məlumat toplamaqdır. İş yekunlaşdıqdan sonra qrup FİFA-ya müvafiq tövsiyələr təqdim etməlidir.

FİFA bu yolla yaxın gələcəkdə ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, Afrika, Cənubi Amerika və Avstraliyada Avropa çempionatı oyunlarının keçirilməsinə icazə verəcək hüquqi baza axtarır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest