04 İyun 2024, 20:58
FUTBOL
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşıb.
B Liqasının 1-ci qrupunun IV turunun matçı “Dalğa Arena”da baş tutub. Siyasət Əsgərovun yetirmələri dörd gün əvvəl Türkiyədə aldığı məğlubiyyətin revanşını alıb. Səfərdə 0:1 hesabı ilə uduzan millimiz doğma azarkeşlər qarşısında eyni nəticə qalib gəlib. Bu qələbədən sonra yığmamız 4 xalla 3-cü pilləyə yüksəlib. Türklərin hesabında 6 xal var.
Qeyd edək ki, qrupun digər görüşündə Macarıstan İsveçrəni qəbul edəcək.