04 İyun 2024, 16:02
FUTBOL
Yay "transfer pəncərəsi" zamanı heyətini gücləndirmək istəyən “Barselona”nın əsas transfer hədəfi bəlli olub. Matc.az xəbər verir ki, Kataloniya klubu "Atletik"də çıxış edən Niko Vilyamsı heyətində görmək istəyir.
İspaniya millisinin üzvü “Barsa”ya keçməyə razıdı. “Atletik” rəhbərliyi də bu keçidin baş tutmasına qarşı deyil. Sadəcə, bunun üçün kataloniyalılar Bilbao təmsilçisinə 60 milyon avro ödəməlidilər.
Qeyd edək ki, “Atletik”lə 2027-ci ilin yayınadək müqaviləsi olan Vilyams La Liqanın başa çatan mövsümündə 31 matçda 5 qola imza atıb.