04 İyun 2024, 13:54
FUTBOL
"Şamaxı" rəhbərliyi klubla müqaviləsinin müddəti başa çatan İbrahim Aslanlıya yeni sözləşmə təklif etməyib.
2023/24 mövsümündə I Liqanın çempionu olan və yenidən Azərbaycan Premyer Liqasında oynamaq hüququ əldə edən "Şamaxı"da heyətlə bağlı islahatlar davam etməkdədi. Matc.az xəbər verir ki, daha bir futbolçu ilə yollar ayrılıb.
Bölgə təmsilçisinin rəhbərliyi klubla müqaviləsinin müddəti başa çatan İbrahim Aslanlıya yeni sözləşmə təklif etməyib. Müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, bunadək Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov və Əli Mürsəlov da "Şamaxı"ya lazım olmayıb.