03 İyun 2024, 21:12
FUTBOL
“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Xatırladaq ki, 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.
Qeyd edək ki, fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.