03 İyun 2024, 19:06
FUTBOL
“Montsa”nın baş məşqçisi Raffaelle Palladino Vinçenso İtalyanonun klubdan ayrılmasından sonra “Fiorentina”ya rəhbərlik edəcək.
Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabrisio Romano məlumat verib.
Bildirilir ki, klub hazırda transferin son detallarını dəqiqləşdirir və məşqçi ilə iki illik müqavilə hazırlayıb.
Xatırlada ki, daha əvvəl Vinçenso İtalyano 2021-ci ilin yayında “Fiorentina”dan ayrılacağını açıqlamışdı.
Qeyd edək ki, 40 yaşlı Palladino 2022-ci ilin yayından “Montsa”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 73 oyun keçirib, 26 dəfə qalib gəlib, 21 dəfə heç-heçə edib, 26 dəfə məğlub olub. “Montsa” ötən mövsüm İtaliya A Seriyasında 38 oyundan 45 xalla 12-ci pillədə qərarlaşıb.