03 İyun 2024, 17:07
FUTBOL
UEFA Çempionlar Liqasında (ÇL) 2023/24 mövsümünün ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, “Real”ın oyunçusu Vinisius Junior həmkarlarını qabaqlamağı bacarıb.
ÇL-in son başa çatan sezonunda 10 oyunda aktivinə 6 qol, 5 məhsuldar ötürmə yazdıran Vinisius turnirdə mövsümün ən yaxşısı seçilib. “Real” ilə qitənin ən mötəbər klub yarışının qalibi olan braziliyalı hücumçu finalda Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada da qol müəllifi olub.
Qeyd edək ki, Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir.