Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla müqavilələrin müddəti başa çatıb və onlarla yeni sözləşmə bağlanılmayıb.

I Liqada çempion olaraq Premyer Liqaya qayıdan “Şamaxı”da islahatlar davam edir. Matc.az xəbər verir ki, bölgə təmsilçisi daha 3 şəxslə yolları ayırıb.

Söhbət məşqçilər heyətindən gedir. Belə ki, köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla müqavilələrin müddəti başa çatıb və onlarla yeni sözləşmə bağlanılmayıb.

Qeyd edək ki, “Şamaxı” bunadək Ramiz Məmmədovu baş məşqçi postundan uzaqlaşdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest