Müdafiəçi Elçin Əlicanovla əməkdaşlığa son qoyulub. 24 yaşlı futbolçunun "Kəpəz"lə müqaviləsinin müddəti bitib və onunla yeni sözləşmə imzalanmayıb.

2023/24 mövsümünü 9-cu pillədə bitirən “Kəpəz” heyətlə bağlı islahatlara başlayıb. Matc.az xəbər verir ki, Gəncə klubu artıq bir futbolçu ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiəçi Elçin Əlicanovla əməkdaşlığa son qoyulub. 24 yaşlı futbolçunun Gəncə təmsilçisi ilə müqaviləsinin müddəti bitib və onunla yeni sözləşmə imzalanmayıb. Nəticədə Əlicanov "Kəpəz"in sıralarını tərk edib.

Qeyd edək ki, Elçin Əlicanov 2021-ci ildən Gəncə klubunun formasını geyinirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest