01 İyun 2024, 01:40
FUTBOL
"Napoli"nin vingeri Xviça Kvaratsxeliya və PSJ transferlə bağlı razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “L'Équipe” yayıb.
Bildirilir ki, PSJ oyunçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirir. Ola bilsin ki, Fransa təmsilçisi gürcü futbolçu üçün “Napoli”yə həm pul, həm də oyunçu təklif etsin.
Qeyd edək ki, cari mövsüm Kvaratsxeliya bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.