01 İyun 2024, 01:15
FUTBOL
Əl-Hilal” və “Əl-Nəsr” komandalarının qarşılaşdığı Kral Kubokunun final oyunu başa çatıb.
Matc.az xəbər verir ki, oyun Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda baş tutub.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtlarda da komandalar fərqlənə bilməyib. Penaltilər seriyasında isə “Əl-Hilal” daha güclü olub (5:4) və kuboku evinə aparıb.