“Fənərbaxça” rəhbərliyi komandaya baş məşqçilik edəcək Joze Mourinyonun gəlişindən sonra hücum xəttini gücləndirmək niyyətindədir. Bu məqsədlə “sarı-lacivərdlilər” “Barselona”nın hücumçusu Robert Levandovski ilə təmasa keçib.

Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Ertan Süzgün məlumat verib.

Bildirilir ki, polşalı futbolçu “Fənərbaxça”nın hücum xəttini gücləndirmək üçün yeganə variant deyil.

Xatırladaq ki, Levandovskinin “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm hücumçu bütün turnirlərdə 49 matçda iştirak edib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest