31 May 2024, 19:27
FUTBOL
“Barselona”nın prezidenti Joan Laporta, eləcə də 2003-2010-cu illərdə klubun idarə heyətinin üzvləri Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verilməsinə görə cinayət məsuliyyətindən azad ediliblər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “AS” nəşri yayıb.
Barselona məhkəməsi hakimin prosseslə bağlı ilkin qərarına verilən apellyasiya şikayətini təmin edib. Nəticədə Laporta və digər müttəhimlər cinayət məsuliyyətindən azad ediliblər. Bununla belə, Kataloniya klubuna qarşı bütün ittihamlar tam olaraq onların üzərlərindən götürülməyib.