31 May 2024, 18:30
FUTBOL
Türkiyənin “Ankaragücü” komandası baş məşqçi Əmrə Bəlözoğlu ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu bərədə paytaxt klubunun rəsmi saytı məlumat verib.
Bildirilir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Ankaragücü” Bəlözoğlunun rəhbərliyi altında 40 xalla 17-ci yeri tutaraq Superliqa ilə vidalaşıb.