31 May 2024, 18:16
FUTBOL
Joze Mourinyo Türkiyənin "Fənərbaxça" klubu ilə razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, portuqaliyalı baş məşqçi ilə bu gün səhər saatlarında 2+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Mourinyo mütəxəssis rəsmi olaraq heç bir klubun baş məşqçisi deyil. Onun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi Romadakı “Roma” olub.