"Sumqayıt" futbolçusu Erik Sorqa ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sorqa ilə “Sumqayıt” arasında başa çatan müqavilə yenilənməyib. Klub estoniyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, Erik Sorqa ötən mövsümün əvvəlindən "Sumqayıt"da oynayırdı. Bu müddət ərzində 27-si Premyer Liqa və 3 kubok matçında meydanda olub. 24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol (5 Premyer Liqa; 2 kubok) və 3 məhsuldar ötürmə (2 Premyer Liqa; 1 kubok) ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest