31 May 2024, 18:07
FUTBOL
“Real” PSJ-nin hücumçusu Kilian Mbappenin transferini iyunun 3-ü və ya 4-də açıqlayacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabris Hokins “X” sosial şəbəkəsində paylaşıb.
Xatırladaq ki, Mbappe daha əvvəl 2024-cü ilin iyun ayının sonunda müqaviləsi başa çatdıqdan sonra Paris klubundan ayrılacağını bildirmişdi. Hücumçunun Madrid klubu ilə 5 illik müqavilə imzalayacağı bildirilirdi. Fransız futbolçu “Real”da ildə 15 milyon avro alacaq.
Qeyd edək ki, bu mövsüm Mbappe 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib.