21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının heyəti açıqlanıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, sabah təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.

“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra iyunun 3-də kollektivə qoşulacaqlar.

Qapıçılar: Amin Ramazanov (“Qarabağ”), Xəyal Fərzullayev (“Sumqayıt”), Yusif İmanov (“Sabah”)

Müdafiəçilər: Süleyman Damadayev, Qurban Səfərov (hər ikisi “Şamaxı”), İbrahim Ramazanov, Eşqin Əhmədov (hər ikisi “Qəbələ”), Seymur Məmmədov (“Sabah”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Rüfət Əhmədov, Mahir Həsənov (hər ikisi “Kəpəz”), Rüfət Abbasov (“Neftçi”)

Yarımmüdafiəçilər: Samir Məhərrəmli (“Şamaxı”), Elcan Əbilov (“Neftçi”), Ramin Nəsirli (“Araz-Naxçıvan”), Xəyal Əliyev (“Sabah”), Murad Vəliyev (“Nomme Yunayted, Estoniya), Fərid Yusifli (“Turan Tovuz”), Şahin Şahniyarov (“Qəbələ”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”)

Hücumçular: Ağadadaş Salyanski (“Neftçi”), Nəriman Axundzadə (“Qarabağ”).

Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest