“Roma”dan ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyo məşqçilik fəaliyyətini Türkiyədə davam etdirməyə çox yaxındı. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin “Fənərbaxça”nı çalışdırmaq ehtimalı gündən-günə artır.

İstanbul klubunun prezidentliyinə namizəd olan Aziz Yıldırım vəd verərək, Mourinyonu komandanın “sükanı arxası”na gətirəcəyini bildirmişdi. "Sky Sports"un yaydığı məlumata görə, artıq Mourinyo ilə razılıq əldə olunub.

61 yaşlı məşqçinin “Fənərbaxça” ilə 2 illik müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, Mourinyo məşqçilik karyerası ərzində “Benfika”, “Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem” klublarını da çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest