31 May 2024, 12:42
FUTBOL
İyunun 2-də “Qarabağ” və “Zirə” klubları arasında Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Matc.az xəbər verir ki, qarşılaşmadan öncə mətbuat konfransları və açıq məşqin vaxtı bəlli olub.
Jurnalistlər önünə ilk olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çıxacaq. Onun mətbuat konfransı iyunun 1-i saat 16:30-da baş tutacaq. “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransı isə həmin gün saat 17:30-da reallaşacaq.
“QarabaĞ”ın media üçün açıq məşqi olmayacaq. “Zirə”nin açıq məşqi saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək.