"Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq".
"Neftçi"nin baş icraçı direktoru vəzifəsindən ayrılan Fərrux Mahmudov buna münasibət bildirib. Matc.az xəbər verir ki, o, “ağ-qaralar”dan gedişini və paytaxt klubundakı 1 illik fəaliyyətini dəyərləndirib.
“Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdü. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq. Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”, - deyə F.Mahmudov qeyd edib.
Qeyd edək ki, Fərrux Mahmudovdan öncə baş məşqçi Miodraq Bojoviçlə də yollar ayrılmışdı.