Müqavilə müddəti başa çatan 6 futbolçu ilə yeni anlaşma imzalanıb. Razılaşmaya əsasən, onlar 2024/25 mövsümündə də Naxçıvan təmsilçisinin formasını geyinəcəklər.

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü bitən kimi yeni transferlər həyata keçirən “Araz-Naxçıvan” 6 futbolçusu ilə müqavilə müddətini uzadıb. Matc.az xəbər verir ki, söhbət Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevdən gedir.

Müqavilə müddəti başa çatan bu oyunçularla yeni anlaşma imzalanıb. Razılaşmaya əsasən, onlar 2024/25 mövsümündə də Naxçıvan təmsilçisinin formasını geyinəcəklər.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək “Turan Tovuz”dan Tərlan Əhmədli, “Qəbələ”dən Urfan Abbasov və Ülvü İsgəndərov, “Neftçi”dən isə Ömər Buludovu sıralarına cəlb edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest