31 May 2024, 11:19
FUTBOL
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov postunu tərk edib. Matc.az xəbər verir ki, onunla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə Fərrux bəyə təşəkkür edir, gələcək karyerasında uğurlar diləyirik” - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Fərrux Mahmudov 2023-cü ilin iyulundan “Neftçi”nin baş icraçı direktoru idi.