31 May 2024, 10:53
FUTBOL
Qazaxıstan mətbuatının yaydığı məlumata görə, yerli federasiyasının prezidenti Adil Barmenkulovla yığmanın məşqçilər heyətinin görüşü keçirilib. Adiyevin istefası da məhz həmin görüşdən sonra reallaşıb.
İyunun 11-də milli komandamızla yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığması baş məşqçisiz qalıb. Matc.az xəbər verir ki, qazaxların çalışdırıcısı Maqomed Adiyev istefa verib.
Qazaxıstan mətbuatının yaydığı məlumata görə, yerli federasiyasının prezidenti Adil Barmenkulovla yığmanın məşqçilər heyətinin görüşü keçirilib. Adiyevin istefası da məhz həmin görüşdən sonra reallaşıb.
Millimiz görüşə Qazaxıstan yığmasını kimin çıxaracağı hələ məlum deyil.