"Napoli"nin gürcü futbolçusu Xviça Kvaratsxeliya komandasını dəyişmək fikrindədi. Matc.az xəbər verir ki, 22 yaşlı oyunçu İtaliyadan ayrılmağı planlaşdırır.

Belə ki, Xviça PSJ-nin formasını geyinmək arzusundadı. Tərəflər arasında bir müddətdi danışıqlar getdiyi və Kvaratsxeliyanın Parisə köçməyə razılıq verdiyi bildirilir. Futbolçu ilə ortaq məxrəcə gələn fransızlar indi “Napoli” rəhbərliyi ilə danışıq aparırlar.

Qeyd olunur ki, Azərbaycan yığmasının sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça 2022-ci ildən “Napoli”nin formasını geyinir. O, Neapol klubunun heyətində cari mövsümdə ümumilikdə 45 oyunda 11 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest