Ölkə çempionatının 2023/24 mövsümü bitən kimi baş məşqçi Ayxan Abbasovla əməkdaşlığı dayandıran “Turan Tovuz”da  növbəti ayrılıqlar baş verib. Matc.az xəbər verir ki, qapıçı Tərlan Əhmədlinin “Araz-Naxçıvan”la anlaşmasından sonra Qərb təmsilçisinin daha bir qolkiperi komandasını dəyişib.

Əsas heyət qapıçısı olan Aydın Bayramov iş yerini dəyişib. Belə ki, Azərbaycan millisinə də dəvət alan Bayramov “Zirə” ilə razılığa gəlib. 28 yaşlı qolkiper qarşıdakı 2 mövsümü qəsəbə təmsilçisində keçirəcək.

Bundan əlavə, müdafiəçi Slavik Alxasov da növbəti mövsümdə “Turan Tovuz”un formasını geyinməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest