“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunun mərkəz müdafiəçisi Ronald Arauxonunun satılmamasını israr edir.

Matc.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Bildirilir ki, almaniyalı mütəxəssis Arauxonu layihəsində əsas fiqur hesab edir.

Flikin xahişindən sonra “Barselona” rəhbərliyi müdafiəçi ilə yeni müqaviləylə bağlı danışıqları bərpa etmək qərarına gəliblər.

Qeyd edək ki, Ronald Arauxo “Bavariya”, “Mançester Yunayted” və “Çelsi” kimi klubların maraq dairəsindədir.

Xatırladaq ki, 25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest