"Leypsiq"in hücumçusu Benyamin Şeşko "Arsenal" klubuna keçməyə razılıq verib.

Matc.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Bildirilir ki, Almaniya klubu 20 yaşlı hücumçunun dəyərini 45 milyon funt sterlinq (52,8 milyon avro) qiymətləndirir.

Xatırladaq ki, bu mövsüm Şeşko bütün turnirlərdə 42 matçda iştirak edib, 18 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.” Transfermarkt” portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest