31 May 2024, 01:00
FUTBOL
Türkiyə Superliqasına yüksələn sonuncu komanda müəyyənləşib.
Matc.az xəbər verir ki, I Liqanın pley-off finalında “Bodrumspor”la “Sakaryaspor” üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda 2 qol vuran bodrumlular Superliqaya yüksəlib.
Qeyd edək ki, Bodrum təmsilçisi tarixində ilk dəfə Superliqaya vəsiqə qazanıb.