31 May 2024, 00:39
FUTBOL
"Barselona"nın baş məşqçisi Hansi-Diter Flik klubda qeydiyyatdan keçməyə bilər.
Matc.az xəbər verir ki, bu barədə “Marca” internet nəşri məlumat yayıb.
Bildirilir ki, kataloniyalılar məşqçilər korpusunu qeydiyyatdan keçirməkdə çətinlik çəkirlər. Buna səbəb maliyyə problemidir. Klub bunun üçün ya hansısa ixtisarlara getməlidir və ya əlavə gəlir əldə etməlidir.
Xatırladaq ki, mayın 30-da Flikin Kataloniya klubunun yeni baş məşqçisi olduğu açıqlanıb. "Barselona"nın mütəxəssislə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.