"Barselona"nın keçmiş mərkəz müdafiəçisi Jerar Pike 2019-cu ildə İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə İspaniya Kral Futbol Federasiyası (RFEF) arasında bağlanmış müqavilə zamanı baş vermiş korrupsiya müqaviləsində iştirakda ittiham olunub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Relevo” yayıb.

Bildirilir ki, Mahadahondanın 4 saylı Ticarət Məhkəməsi Pikenin RFEF-in keçmiş rəhbəri Luis Rubiales ilə əlaqəsi olduğu aşkar edildiyi üçün onun fəaliyyəti ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Əsasən, sabiq futbolçunun şirkəti olan “Kosmos”un İspaniya Superkuboku ilə bağlı görülən işlərə görə komissiya aldığı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest