“Əl-Hilal”ın hücumçusu Neymar bıçaqla komanda yoldaşı Renan Lodinin maşınının təkərlərini deşib.

Matc.az xəbər verir ki, Lodin braziliyalı futbolçunun idman ayaqqabılarıdakı bağları düyünlə bağlalayıb, Neymar da komanda yoldaşından yersiz zarafatın qisasını bu formada alıb.

Xatırladaq ki, o, ötən ilin oktyabr ayından çarpaz bağlarlarındakı yırtığın bərpası üçün reabilitasiya prosesi keçir və sağalmaq üzrədir.

Qeyd edək ki, braziliyalı futbolçu 2023-cü ilin yayında PSJ-dən "Əl-Hilal"a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə beş matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Bu mövsümün sonunda “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest