“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix “Barselona”ya keçməyə bilər. Matc.az xəbər verir ki, İspaniya klubunun təklifi almaniyalı futbolçunun ürəyincə deyil.

Oyunçu Kataloniya komandasının sabiq baş məşqçisi Xavi üçün prioritet sayılırdı. Həmçinin boş qalan postu tutması gözlənilən Hansi Flik də eyni düşüncədədi. Lakin kataloniyalıların təklifi ilə Kimmixin maliyyə istəkləri arasında mövcud olan iqtisadi fərqlər səbəbindən tərəflər arasında danışıqlar dayandırılıb.

Qeyd edək k 29 yaşlı Coşua Kimmix 2015-ci ildən “Bavariya”nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest