02 Avqust 2026, 10:05
FUTBOL
Türkiyənin "Qalatasaray" klubu Rusiya millisinin və Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferini başa çatdırmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Fotomac" portalı məlumat yayıb.
Bildirilir ki, İstanbul klubu futbolçu ilə böyük ölçüdə razılıq əldə edib.
Batrakovun 21 yaşı var və o, "Lokomotiv"in yetirməsidir. Gənc oyunçu "qırmızı-yaşıllar"ın əsas komandasında 2024-cü ildən çıxış edir.
Yarımmüdafiəçi ötən mövsüm müxtəlif turnirlərdə "Lokomotiv"in heyətində 36 matçda iştirak edib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.













