Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədovun çıxış etdiyi LKS klubu özünə yeni baş məşqçi axtarmaq məcburiyyətində qalıb. Matc.az xəbər verir ki, Polşa təmsilçisi ilə hazırkı çalışdırıcı Martsin Matisyakın yolları ayrılacaq.

40 yaşlı mütəxəssis aşağı diviziona düşən LKS-də qalmaq istəməyib. O, çempionatın son turunda "Stal"a qarşı keçiriləcək matçdan sonra postunu tərk edəcək. Matisyakın yerinə yeni məşqçi təyinatı iyunda reallaşacaq.

Qeyd edək ki, bu ilin əvvəlindən Lodz təmsilçisində oynayan Rahil Məmmədovun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayınadəkdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest