29 Oktyabr 2025, 12:15
FUTBOL
"Mançester Siti" Rodrini uzun müddət komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
"Şəhərlilər" "Real"ın transfer siyahısında yer alan ispaniyalı yarımmüdafiəçinin 2027-ci ilin yayında başa çatan müqaviləsinin müddətini uzatmağı planlaşdırır. Artıq 29 yaşlı oyunçu ilə yeni sözləşmə üçün danışıqlara başlayıb. Tərəflərin ilin sonuna kimi anlaşma əldə edəcəyi bildirilir.
Qeyd edək ki, Rodri bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.












