Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" doğma meydanda "Borussiya"nı qəbul edib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Borussiya" 1/8 finala yüksəlib.

Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu gələn ilin 21 yanvar tarixində Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest