29 Oktyabr 2025, 11:16
FUTBOL
"Arsenal" İngiltərə Kubokunun IV mərhələsi çərçivəsində doğma meydanda "Brayton"u qəbul edəcək.
Matc.az xəbər verir ki, Villiam Saliba komandaya kömək edə bilməyəcək. Fransalı mərkəz müdafiəçisi zədəlidir.
24 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
Saliba bu mövsüm London təmsilçisinin heyətində keçirdiyi 16 oyunda 1 qol ötürməsi edib.
Qeyd edək ki, "Arsenal" - "Brayton" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.











_1761735078.jpg)
