"Bugünkü məşq zamanı şəxsən etdiyim kimi, bir daha komanda yoldaşlarımdan, klubdan və prezidentdən də üzr istəyirəm".
La Liqanın 10-cu turunun "Barselona" ilə matçında əvəzlənməsinə etiraz edən və birbaşa paltardəyişmə otağına yollanan Vinisius Junior bu gün açıqlama yayıb.
Matc.az xəbər verir ki, braziliyalı vinger azarkeşlərdən, komanda yoldaşlarından və klub prezidentindən üzr istədiyini bildirib. O, paylaşımında baş məşqçi Xabi Alonso ilə bağlı heç bir qeyd etməyib:
“El Klasikoda əvəz olunduğum anda göstərdiyim reaksiyaya görə bütün madridistalardan üzr istəyirəm.
Bugünkü məşq zamanı şəxsən etdiyim kimi, bir daha komanda yoldaşlarımdan, klubdan və prezidentdən də üzr istəyirəm.
Bəzən emosiyalarım üstün gəlir. Çünki mən həmişə qələbə qazanmaq və komandama kömək etmək istəyirəm. Mənim rəqabətçi xarakterim bu kluba və onun təmsil etdiyi dəyərlərə olan sevgimdən qaynaqlanır.
Söz verirəm ki, “Real”ın uğuru naminə, ilk gündən etdiyim kimi, hər saniyə mübarizə aparmağa davam edəcəyəm”.







_1761757625.jpg)

_1761752761.jpg)


